E-kassa operatoru kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs portal üzərindən gücləndirilmiş elektron imza vasitəsilə təsdiqlənmiş ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edir. Qeyd olunan ərizəyə qanunvericilikdə nəzərdə tutulan sənədlər əlavə olunur.
Növbəti mərhələdə hüquqi şəxsin tələblərə uyğunluğu yoxlanılır və yoxlamanın nəticəsi olaraq həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq üçün e-kassa modelinin bir nümunəsi və sahələrarası ekspert komisiyası tərəfindən müəyyən edilən sənədlərin komissiyaya təqdim edilməsi barədə bildiriş göndərilir.
Sahələrarası ekspert komissiyasının tapşırığına əsasən, təqdim edilmiş e-kassa modelinin nümunəsinin texniki sınağı həyata keçirilir.
Daha ətraflı
E-kassa operatorunun qeydiyyatı məcburi və könüllü əsasda ləğv oluna bilər. E-kassa operatorunun qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:
- Hüquqi şəxsin dövlət qeydiyyatı ləğv edildikdə;
- E-kassa operatoru sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını 6 aydan çox müddətə müvəqqəti dayandırdıqda;
- E-kassa operatoru tərəfindən dövlət reyestrinə daxil edilmiş e-kassa modeli üzrə məlumatlar 1 (bir) il müddətində Dövlət Vergi Xidmətinin informasiya sisteminə daxil edilmədikdə;
- Qanunvericilikdə e-kassa operatoruna qarşı qoyulan tələblərdən hər hansı biri pozulduqda (dövlət büdcəsinə vergilər, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamasına dair müddəalar istisna olmaqla);
- İstifadəçilərə meyarlara cavab verməyən e-kassa modeli təqdim edildikdə;
- İstifadəçilərə meyarlara cavab verməyən e-kassa modeli təqdim edildikdə;
- E-kassa operatorunun istifadəçiyə vergidən yayınma ilə əlaqədar şərait yaratdığı aşkar olunduqda;
- E-kassa operatoru tərəfindən dövlət reyestrinə daxil edilən e-kassa modelləri son 2 il müddətində vergi orqanında heç bir istifadəçinin adına uçota alınmadıqda;
- E-kassanın istehsalçıdan əldə edilməməsi, həmçinin e-kassaların ölkəyə gətirilməsini təsdiq edən sənədin olmaması və ya qanunla müəyyən edilmiş qaydada tərtib edilməməsi aşkar edildikdə;

- Özünün müraciətinə əsasən.
Daha ətraflı