E-kassa növləri
Əhali ilə nağd və nağdsız hesablaşma üçün istifadə edilən e-kassalar funksional xüsusiyyətləri və əməliyyat qabiliyyətlərinə görə aşağıdakı qruplardan birinə uyğun olmalıdır:
- 1-ci qrup – proqram təminatlı e-kassalar;
- 2-ci qrup – proqram təminatlı portativ tipli e-kassalar.
E-kassaların hər iki qrupu e-kassa operatoru tərəfindən quraşdırılmış e-kassa ilə birgə verilən hesablama qurğusuna əsaslanır və portalın “E-kassanın tərkibi” bölümündəki bütün tələblərə cavab verir. Qeyd olunan tələblərlə yanaşı, 1-ci qrup, yəni proqram təminatlı e-kassalar müxtəlif qiymətli istiqrazlar və metal pul kütlələri (sikkə) üçün nəzərdə tutulmuş çəkməcəli pul qutusuna malikdir. 2-ci qrup, yəni proqram təminatlı portativ tipli e-kassalar öz enerji mənbəyi oduğundan, xarici enerji mənbələrinə qoşulmadan ən azı 4 saat ərzində davamlı fəaliyyəti göstərə bilir. Bunun üçün də e-kassaların bu növü avtonom enerji mənbəyi ilə təchiz olunmalıdır.
E-kassa sistemi iki əsas elementdən ibarətdir: bilavasitə e-kassa aparatının özündən və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusundan. Hər bir e-kassa nəzarət mexanizmi qurğusu ilə vahid ritmdə işləməlidir.
E-kassa
E-kassa hüquqi şəxslərə və fərdi sahibkarlara, malların satışı və xidmətlərin təqdim edilməsi zamanı pul hesablaşmaları üzrə kassa əməliyyatlarının aparılması imkanını yaradır.
İstifadə edildiyi yerdən asılı olaraq e-kassaların funksionallığında müəyyən fərqliliklər ortaya çıxır. Məsələn, yanacaqdoldurma məntəqələrində istifadə üçün nəzərdə tutulmuş e-kassalar məbləğin hesablanmasını və satış çekinin formalaşdırılmasını neft məhsullarının, mayeləşdirilmiş karbohidrogen qazların çıxışı ilə eyni vaxtda həyata keçirməsini təmin etməlidir.
E-kassa vergi ödəyicisi haqqında məlumatları sertifikatdan ötürülərək çekin üzərində çap olunmasını təmin etməlidir. Çekin formalaşdırılması üzrə əməliyyat yalnız fiskal idendifikatorun (fiskal İD) uğurla alınmasından sonra bitmiş hesab edilməlidir.
Bununla yanaşı, e-kassa dəyişilməyən zavod və ya seriya nömrəsinə malik olmalı və istifadəçisinin identifikasiyasını, həmçinin e-kassanın işə düşməsi üçün nəzarət mexanizmi qurğularının PIN kodunun yığılması imkanını təmin etməlidir.
Daha ətraflı
E-kassa və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusu e-kassa istifadəçisi olan hüquqi şəxslərə və fərdi sahibkarlara e-kassa operatorları tərəfindən imzalanmış müqavilə əsasında təqdim olunur və e-kassa operatorunun təqdim etdiyi müvafiq təlimatlar əsasında istismar olunur. Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş tələblərə cavab verən e-kassa operatorları barədə məlumatı portalın “E-kassa operatorları və e-kassaların stoku” alt-bölməsindən əldə etmək olar.
E-kassa istifadəçiləri olan hüquqi şəxslər və fərdi sahibkarlar qeyd olunan qurğuların qorunmasını təmin etməlidir.
E-kassalara texniki baxış və onların təmiri, müvafiq müqavilə imzalanmaqla, e-kassa operatorları tərəfindən həyata keçirilir.
Hüquqi şəxslər və fərdi sahibkarlar e-kassaları Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına müvafiq məlumatlar daxil olunduqdan sonra istifadə sahəsinə uyğun şəkildə istismar etməlidirlər.
Daha ətraflı