Sahələrarası ekspert komissiyasının tapşırığına əsasən müraciətin edildiyi tarixdən 60 gün ərzində Dövlət Vergi Xidməti və ya onun müqavilə əsasında cəlb etdiyi hüquqi şəxs e-kassa operatoru kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs tərəfindən təqdim edilmiş e-kassa modelinin nümunəsinin texniki sınağını həyata keçirir. Keçirilmiş texniki sınağın nəticəsində hazırlanmış rəy sahələrarası ekspert komissiyası tərəfindən aidiyyəti üzrə baxılması üçün Agentliyə təqdim edilir. Agentlik 30 gündən gec olmayaraq təqdim edilmiş e-kassa modelinin nümunəsinin sertifikatlaşdırılmasını həyata keçirir və bu barədə sahələrarası ekspert komissiyasına məlumat verir.
E-kassa sertifikatlaşdırıldıqdan sonra hüquqi şəxs Dövlət Vergi Xidməti tərəfindən e-kassa operatoru kimi qeydiyyatdan keçirilir, sertifikatlaşdırılmış e-kassa modelinin markası dövlət reyestrinə daxil edilir və e-kassa operatorunun elektron kabinetinə bu barədə bildiriş göndərilir.