Kimlər e-kassa operatoru ola bilər?

Kimlər e-kassa operatoru ola bilər?

E-kassa operatoru e-kassanın təchizatını, satışını, uçotunu, servis texniki xidmətlərin göstərilməsini həyata keçirən, Dövlət Vergi Xidmətində e-kassa operatoru qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir. Qanunvericiliklə nəzərdə tutulan bütün tələblərə cavab verən hüquqi şəxs e-kassa operatoru ola bilər. Bunun üçün o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada portal üzərindən ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edərək qeydiyyatdan keçməli və əldə etdiyi e-kassanın dövlət reyestrinə daxil edilməsini təmin etməlidir.

Daha ətraflı

E-kassa operatorunun hüquq və vəzifələri

E-kassa operatorlarının aşağıdakı əsas hüquqları var: müvafiq meyarlara və sahələrarası ekspert komissiyasının müəyyən etdiyi texniki tələblərə cavab verən e-kassanın istehsalını, idxalını təşkil etmək və ya e-kassanı qanunla müəyyən olunmuş digər qaydada əldə etmək; qanunla müəyyən olunmuş qaydada əldə etdiyi e-kassa modellərini dövlət reyestrinə daxil edilməsini təmin etmək və onların sertifikatlaşdırılmasında və texniki sınağında iştirak etmək; qanunla müəyyən olunmuş qaydada əldə etdiyi e-kassa istismarı haqqında məlumatları toplamaq, ümumiləşdirilmiş məlumatı komissiyaya təqdim etmək; qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
E-kassa operatorlarının vəzifələri portalın “E-kassa operatorları” alt-menyusunda təqdim olunmuşdur.

Cərimələr

E-kassa operatorları qanunvericiliyin pozulmasına görə qanunvericiliklə məyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.