E-kassa operatorunun qeydiyyatı, hüquqi şəxsin dövlət qeydiyyatı və ya öz müraciətinə əsasən ləğv edildikdə bu barədə, elektron kabinet vasitəsi ilə e-kassa istifadəçilərinə məlumat göndərilir.
Digər hallarda e-kassa operatorunun fəaliyyəti Dövlət Vergi Xidməti tərəfindən dayandırıldıqda Xidmət tərəfindən e-kassa istifadəçilərinə e-kassa operatorunun ləğvi barədə xəbərdarlıq bildirişi göndərilir.
E-kassa istifadəçisi e-kassa operatorunun ləğvi barədə məlumat aldıqdan sonra yeni e-kassa operatoru ilə müqavilə bağlamalıdır. Bununla yanaşı, e-kassa istifadəçisi və servis texniki xidmətin göstərilməsi barədə müqavilə bağlayan yeni e-kassa operatoru qanunvericilikdə nəzərdə tutulan müddət ərzində elektron kabinet vasitəsi ilə Dövlət Vergi Xidmətinə bu barədə məlumat təqdim etməlidir.