E-kassanın dəyişdirilməsi və təmiri

E-kassanın dəyişdirilməsi və təmiri

E-kassa işləmədikdə həyata keçirilməli tədbirlər

İstismar zamanı e-kassada nasazlıqlar yarandığı halda, e-kassa istifadəçisi dərhal vergi orqanlarına və e-kassa operatoruna məlumat verməlidir.
E-kassa istismar zamanı yararsız vəziyyətə düşdükdə, e-kassa operatoru bununla bağlı ona çağırış verildiyi andan etibarən qanunvericilikdə nəzərdə tutulan müddət ərzində e-kassanın təmirini təmin etməlidir.
E-kassada, eləcə də onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı qeyd olunan müddət ərzində aradan qaldırmaq mümkün olmadıqda, aşağıdakı tədbirlər həyata keçirilməlidir: e-kassa operatoru e-kassanı dərhal ehtiyat aparatla əvəz etməli, istismara yararsız e-kassa təmirə aparılan zaman e-kassa operatoru və istifadəçisi nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Dövlət Vergi Xidmətinə ötürülməsini təmin etməlidir. E-kassa operatoru ehtiyat e-kassanın quraşdırılması üçün portal üzərindən Dövlət Vergi Xidmətinə müraciət etməlidir. Nəzarət mexanizmi qurğusunun əvəz olunmuş e-kassaya quraşdırılması üçün Dövlət Vergi Xidməti tərəfindən e-kassa operatoruna müvəqqəti sertifikat göndərilməlidir. E-kassa operatoru sertifikatı müvəqqəti nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə e-kassa istifadəçisinə təqdim etməlidir.

Daha ətraflı

E-kassanın yoxlanılması

E-kassa operatoru e-kassaların quraşdırıldığı obyektə qanunvericilikdə nəzərdə tutulan müddətdən az olmayaraq baxış keçirməlidir. E-kassa operatoru e-kassaların daxilində və proqram təminatında olan uyğunsuzluqları sertifikatlaşdırılmış modelə uyğun yoxlamalı və nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulan addımları atmalıdır.