E-kassadan istifadənin xüsusiyyətləri - E-Kassa detal

E-kassadan istifadənin xüsusiyyətləri

E-kassaların aşağıdakı hallarda istifadəsinə icazə verilmir: e-kassa dövlət reyestrinə daxil edilmiş modelə nisbətdə dəyişdirildikdə; fiskal identifikatora malik çeki çap etmək mümkün olmadıqda; e-kassa yararsız hala düşdükdə; e-kassasının zavod və ya seriya nömrəsi dəyişdirildikdə; e-kassasının zavod və ya seriya nömrəsi sertifikatda göstərilən nömrə ilə uyğun olmadıqda; qanunvericilikdə nəzərdə tutulan müddət ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların Dövlət Vergi Xidmətinə ötürülməsi mümkün olmadıqda; nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatlar aparıldıqda; nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdə və ya yararsız hala düşdükdə; nəzarət mexanizmi qurğusu olmadıqda və ya onun məlumat saxlama imkanı tükəndikdə; Komissiya tərəfindən müəyyən edilmiş e-kassa ilə bağlı texniki tələblər pozulduqda.
Nəzərdə tutulan hallar aradan qaldırıldıqdan sonra e-kassanın istismarına icazə verilir.

İcmal