E-kassanın dəyişdirilməsi və təmiri - Operatorlar üçün portal

İstismara yararsız e-kassanın təmiri mümkün olmadıqda, e-kassa operatoru öz seçiminə əsasən, ehtiyat e-kassadan istifadə edə və ya onu yeni e-kassa ilə əvəz edə bilər. Ehtiyat e-kassadan davamlı istifadə olunduqda e-kassa operatoru müvəqqəti sertifikatın daimi sertifikatla əvəzlənməsi üçün Dövlət Vergi Xidmətinə portal üzərindən müraciət göndərməlidir.
E-kassa təmir edildikdən sonra e-kassa operatoru onu vergi ödəyicisinə geri qaytarmalıdır. Ehtiyat e-kassaya quraşdırılmış nəzarət mexanizmi qurğusundakı məlumatlar Dövlət Vergi Xidmətinə ötürülməlidir. Ehtiyat e-kassanın təmirdən qayıtmış e-kassa ilə əvəz olunması ilə bağlı proseslər aktla rəsmiləşdirilməli və bu barədə Dövlət Vergi Xidmətinə məlumat verilməlidir.
Nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı müvafiq qanunvericilikdə göstərilmiş müddətdə aradan qaldırmaq mümkün olmadıqda, qurğu e-kassa operatoruna təqdim edilməli, e-kassa operatoru isə yoxlanılması üçün onu Dövlət Vergi Xidmətinə göndərməlidir. Nəzarət mexanizmi qurğusundakı məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatın aparılıb-aparılmadığı Dövlət Vergi Xidməti tərəfindən yoxlanılır.

Nəzarət mexanizmi qurğusunun əvəz edilməsi

E-kassanın tərkib hissəsi olan nəzarət mexanizmi qurğusu yararsız hala düşdükdə yenisi ilə əvəz edilir.
E-kassaların tərkib hissəsi olan nəzarət mexanizmi qurğusunun əvəz edilməsi e-kassa operatorları tərəfindən qanunvericilikdə nəzərdə tutulan prosedurlar yerinə yetirilməklə həyata keçirilir.
Nəzarət mexanizmi qurğusu əvəz edildikdən sonra köhnə nəzarət mexanizmi qurğusunda kassa əməliyyatlarınının aparılması qadağandır. Köhnə nəzarət mexanizmi qurğusu uçotdan çıxarılmalıdır.

İcmal