E-kassa operatorunun fəaliyyətini yerinə yetirmək niyyətində olan hüquqi şəxs üçün aşağıdakı əsas tələblər müəyyən edilmişdir:
- Bank və ya digər ödəniş hesabına hesabına malik olmalı;
- E-kassa istehsalçısı tərəfindən həmin e-kassaya servis texniki xidmət göstərmək bacarığını təsdiq edən sənəd verilmiş ən azı 12 nəfər əməkdaşı olmalı;
- E-kassaya servis-texniki xidmət göstərilməsi üçün Bakı şəhərində və digər regionlarda zəruri avadanlıqlarla təchiz edilmiş ümumi sayı ən azı 6 olan servis-texniki filial və ya məntəqəsi olmalı (5 servis-texniki filial və ya məntəqənin Bakı şəhəri istisna olmaqla Azərbaycan Respublikasının müxtəlif regionlarında olması şərtilə);
- E-kassanı qanunda nəzərdə tutulmuş qaydada əldə edilməsini təsdiq edən sənədlər (o cümlədən gömrük bəyannaməsi) olmalı;
- Dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcu olmamalı;
- Fasiləsiz (24/7) fəaliyyət göstərən çağrı mərkəzi olmalı;
- Proqram təminatlı avadanlıqlara servis-texniki xidmətin göstərilməsi və proqram təminatının işlənib hazırlanması sahəsində 3 (üç) ildən çox təcrübəyə malik olmalı;
- Son 5 (beş) il ərzində fəaliyyəti olmalı;
- Ən azı 2000 e-kassa ilə təmin olunacağı barədə e-kassa istehsalçısı tərəfindən təqdim olunan sənədi olmalı;
- E-kassada istifadəsi nəzərdə tutulan proqram təminatına sahiblik hüququnu və mənbə kodlarının mövcudluğunu təsdiq edən sənədlərə malik olmalı.

E-kassa operatoru kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin yuxarıda qeyd edilən tələblərə uyğunluğu 5 (beş) iş gün müddətində yoxlanılır və həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq üçün e-kassa modelinin bir nümunəsinin, həmçinin e-kassa texniki sənədlərinin əslinin (sənədlərin əsli xarici dildə olduqda onların Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiqlənmiş surəti), e-kassaya qanunsuz müdaxilələrin qarşısını almaq üçün istifadə edəcəyi nömrələnmiş stiker, plomb və möhür nümunələrinin, eləcə də e-kassaya xidmət edən texniki heyətin imza nümunələri və istifadə etdiyi ştampların nümunələrinin və sahələrarası ekspert komissiyası tərəfindən müəyyən edilən sənədlərin komissiyaya təqdim edilməsi barədə bildiriş göndərilir.