Daha sonra e-kassa operatoru sertifikatı nəzarət mexanizmi qurğusuna yükləyir və bu barədə akt tərtib edərək portal üzərindən Dövlət Vergi Xidmətinə təqdim edir.
Qeyd olunan prosedurlar həyata keçirildikdən sonra e-kassa operatoru e-kassaları ticarət obyektində quraşdırır. Bundan sonra e-kassanın aktivləşməsi üçün e-kassa istifadəçisi Dövlət Vergi Xidmətinnin İnternet Vergi İdarəsi portalında olan elektron kabinetinə daxil olur və qeyd edilən aktın nömrəsini sistemə daxil edir və aktın məzmunu ilə tanış olduqdan sonra onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. E-kassa istifadəçisi gücləndirilmiş elektron imza ilə aktı təsdiq etdikdən sonra sistem tərəfindən hazırlanmış e-kassanın qeydiyyat vərəqəsi e-kassa istifadəçisinin elektron kabinetinə göndərilir. Qeydiyyat vərəqəsi istifadəçinin müraciəti əsasında kağız formasında da verilə bilər. Qeydiyyat vərəqəsi təsdiqləndikdə e-kassa və onun tərkin hissəsi olan nəzarət mexanizmi qurğusu da aktivləşir.