E-kassa üzrə texniki tələblər - Operatorlar üçün portal

E-kassa üzrə texniki tələblər

E-kassadan istifadəyə icazə verilməyən hallar aşağıdakılardır:
        - Dövlət reyestrinə daxil edilmiş e-kassanın parametrləri dəyişdirildikdə;
        - Unikal identifikatora (fiskal İD) malik çeki çap etmək mümkün olmadıqda;
        - E-kassa yararsız hala düşdükdə;
        - E-kassanın zavod və ya seriya nömrəsi dəyişdirildikdə;
        - E-kassanın zavod və ya seriya nömrəsi açıq açarın texnoloji sertifikatında göstərilən nömrə ilə uyğun gəlmədikdə;
    - Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların Dövlət Vergi Xidmətinə ötürülməsi mümkün olmadıqda;
        - Nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyat aparıldıqda;
        - Nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdə və ya yararsız hala düşdükdə.
E-kassa çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və e-kassa operatoru tərəfindən göndərilmiş PİN kod e-kassa istifadəçi tərəfindən daxil edildikdən sonra çap edilə bilər;
         - Nəzarət mexanizmi qurğusu olmadıqda və ya onun məlumat saxlama imkanı tükəndikdə;
         - Sahələrarası ekspert komissiyası tərəfindən müəyyən edilmiş e-kassa ilə bağlı texniki tələblər pozulduqda.
Qeyd olunan hallar aradan qaldırıldıqdan sonra e-kassanın istismarına icazə verilir.

İcmal